Simsar.az | bizi özünüzə Simsar bilin
Dəlilik edən müğənnimiz (VİDEO)

Zarina Türkiyədə çəkdirdiyi ilk klipini və albomunu Azərbaycan mediasına təqdim edib

Azərbaycanda bir dənə albomu olmayan Zarina ilk albomunu Türkiyədə çıxarıb. ANS PRESS-in məlumatına görə, müğənni "Dəlilik" adlanan albomunu və diskini bu gün yerli mediaya təqdim edib. Zarina Türkiyədə gördüyü işləri Azərbaycan mediasına təqdim edib. Onun Türkiyənin DMC musiqi şirkətində 5 mahnıdan ibarət “Dəlilik” adlı diski buraxılıb. Diskin yayım işləri DMC şirkətinə məxsusdur.

Şirkət tərəfindən “Dəlilik” mahnısına klip də çəkdirib. Klipi Murad Onbul ekranlaşdırıb. “Dəlilik” Kral TV və bir çox türk kanallarında nümayiş olunur.

Zarina diskə daxil edilmiş “Kader utansın” mahnısını tanınmış türk müğənnisi Ümid Sayınla duet oxuyub. Duetə klip çəkilib və tezliklə türk kanallarında yayımlanacaq. Müğənninin “Dəlilik” diskindən “Doğum günüm” adlı mahnısına çəkdirdiyi klip hazır olsa da, yayımına yanvar ayından start veriləcək. Klipi Türkiyənin tanınmış kinorejissoru və klipmeykeri Kemal Başbux çəkib.

Qeyd edək ki, müğənninin Türkiyədə tanıtımını “Prome Organizasion” şirkəti həyata keçirir. Zarinanın Türkiyədəki prodüseri bir aydır Tarkanla işbirliyinə son qoyan menecer Uyqar Ataşdır.

30 Sentyabr, 2011  01:08 Baxılıb: 1238

Bu bölmədə