Simsar.az | bizi özünüzə Simsar bilin
İpoteka Fondu yeni istiqraz emissiyasına hazırlaşır

AİF-in yerləşdirəcəyi səhmlərin həcmi 20 milyon manat təşkil edəcək

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən Azərbaycan Respublikası Mərkəzi Bankı nəzdində Azərbaycan İpoteka Fondunun (AIF) təmin edilmiş, faizli adlı sənədsiz istiqrazlarının emissiya prospekti qeydə alınıb. Komitədən ANS PRESS-ə verilən məlumata görə, emissiya prospektinə əsasən, yerləşdirmə kütləvi təklif üsulu ilə Bakı Fond Birjası vasitəsi ilə keçiriləcək.

Məlumata görə, emissiyanın dövlət qeydiyyat nömrəsi AZ200400868, emissiyanın həcmi 20 milyon manat, yerləşdiriləcək istiqrazların sayı 20 000 ədəd, bir istiqrazın nominal dəyəri 1 000 manat, istiqrazların tədavül müddəti 2 520 gün, istiqraz üzrə illik gəlirlilik 3 faizdir.

İstiqrazların ilkin yerləşdirilməsində iştirak edən təşkilat: Azərbaycan Respublikası Mərkəzi Bankıdır.

30 Sentyabr, 2011  01:08 Baxılıb: 1153

Bu bölmədə