Simsar.az | bizi özünüzə Simsar bilin
"Eurovision" ulduzları sabahdan etibarən Bakıya gələcək

Onlar "Caspian Coast Üzüm Yığımı Festivalı" çərçivəsində keçiriləcək konsertdə iştirak edəcək

Oktyabrın 2-də İçəri Şəhərdə, Qoşa Qala Qapısı meydanında baş tutacaq “Caspian Coast Üzüm Yığımı Festivalı” baş tutacaq. “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, festival çərçivəsində təşkil olunacaq konsert proqramında çıxış edəcək “Eurovision” ulduzları – Litva təmsilçisi Saşa Son, Rumıniya təmsilçiləri Paula və Ovi dueti və Moldovadan “Zdob şi Zdub” qrupu sabahdan etibarən paytaxt Bakıya təşrif buyuracaq.

Konsert proqramında Azərbaycanı “Eurovision” müsabiqəsində təmsil etmiş Aysel Teymurzadə və Safura Əlizadə ilə yanaşı Məryəm Şabanova və “Milk&Kisses” qrupunun iştirakı gözlənilir.

Festivalda iştirak edəcək Bakı sakinləri və şəhərimizin qonaqları müxtəlif ölkələrin mətbəxləri ilə tanış olacaq, burada nümayiş etdirilən müxtəlif sənətkarlıq nümunələrinə tamaşa edəcək. Ukraynadan gətirilən “Canlı heykəllər” festivalda şən ab-hava yaradacaq, qonaqlar təbii üzüm, üzüm şirəsi, yüksək keyfiyyətli pendir, şərab ala və bu məhsulların dadına baxa biləcək.

Qeyd edək ki, “Caspian Coast Üzüm Yığımı Festivalı” üzüm yığımı mövsümünə və üzüm məhsullarına həsr olunub. Festivalın keçirilməsində məqsəd əsrlər boyu üzümçülüyü ilə şöhrət qazanmış Azərbaycanın bu ənənələrini bir daha canlandırmaq, üzümçülüyü təbliğ etmək və bu sahəyə diqqətin artırılmasına nail olmaqdır.

30 Sentyabr, 2011  01:05 Baxılıb: 1076

Bu bölmədə