Simsar.az | bizi özünüzə Simsar bilin
Sabah 5 rayonda qaz olmayacaq

Şəki, Oğuz, Qax, Zaqatala və Balakən rayonlarına təbii qazın verilişində fasilələr yaranacaq

Azərbaycanda bir neçə rayonun qaz təchizatında məhdudiyyətlər olacaq. Dövlət Neft Şirkətinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, yeni çəkilmiş qaz kəmərinin qaz təchizatı mənbəyinə birləşdirilməsi işləri ilə əlaqədar olaraq, sabah sentyabrın 30-da saat 08:00-dan 18:00-dək “Yevlax-Balakən” magistral qaz kəmərində qaz təchizatı dayandırılacaq.

Həmin müddət ərzində Şəki, Oğuz, Qax, Zaqatala və Balakən rayonlarına təbii qazın verilişində fasilələr yaranacaq.

30 Sentyabr, 2011  01:05 Baxılıb: 1062

Bu bölmədə