Simsar.az | bizi özünüzə Simsar bilin
15 ölkədən 8-i Fələstinin tərəfində

İlk iclas sabah olacaq

BMT Təhlükəsizlik Şurasının daimi və qeyri-daimi 15 üzvündən 8-i Fələstin dövlətinin ümüdünya təşkilatına daxil olmağını səs verməyə hazırdır. Bu barədə Fələstinin xarici işlər naziri Riyad əl-Maliki “Fələstinin səsi” radiostansiyasına müsahibəsində deyib.

Simsar.az RİA "Novosti"yə istinadən xəbər verir ki, o deyib: "İndi doqquzuncu səsi qazanmaq üçün işlər aparılır. Bundan sonra Fələstinin müraciətinə baxılacaq. Kolumbiyanı, ya da Bosniya və Hersoqovinanı razılığa gətirməliyik ki, bizə səs versinlər”.

BMT TŞ-na veto hüququna malik olan beş üzv daxildir – Böyük Britaniya, Çin, Rusiya, ABŞ və Fransa. Qeyri-daimi 10 üzv ölkə isə Bosniya və Herseqovina, Braziliya, Qabon, Livan, Nigeriya, Almaniya, Hindistan, Kolumbiya, Portugaliya və Cənubi Afrika Respublikasıdır.

Əl-Malikin sözlərinə görə, Fələstinin xeyrinə Rusiya, Çin, Hindistan, Cənub Afrika, Braziliya, Livan, Nigeriya və Qabon səs verməyə hazırlaşırlar.

ABŞ bəyan edib ki, əgər BMT TŞ-da müsbət cavab olarsa, onda veto hüquqnudan istifadə edəcək.

BMT TŞ Fələstinin müraciətini komitəyə təqdim edib, ilk iclas sentyabrın 30-da keçiriləcək.

29 Sentyabr, 2011  21:35 Baxılıb: 930

Bu bölmədə