Simsar.az | bizi özünüzə Simsar bilin
Varşavada mühüm sammit

Ekspertlər qlobal məsələləri müzakirə edəcək

Xəbər verdiyimiz kimi, bu gün Varşavada Vətəndaş Cəmiyyəti Forumunun Şərq Tərəfdaşlığı Proqramının Rəhbər Komitəsinin iclası öz işinə başlayır. Tədbirdə dövlət başçıları, siyası xadimlər, vətəndaş cəmiyyəti təmsilçiləri iştirak edəcəklər. Azərbaycanı bu tədbirdə ölkənin tanınmış ekspertlərindən İlqar İbrahimoğlu, Vüqar Bayramov, Leyla Əliyeva, Qubad İbadoğlu, Sahib Məmmədov və Emin Hüseynov təmsil edirlər.


Ekspertlər hazırkı sammitin böyük əhəmiyyət kəsb etməsinə diqqət çəkirlər. Qeyd edilir ki, burada azad ticarətdən tutmuş, viza rejiminin sadələşdirilməsinə qədər qlobal məsələlər müzakirə ediləcək. Ümumilikdə, toplantıda insan haqları və demokratiya, iqtisadi inteqrasiya, ətraf mühitin mühafizəsi, insanlararası münasibətlərin inkişafı kimi istiqamətlər üzrə müzakirələr aparılacaqdır. Vətəndaş cəmiyyəti təmsilçiləri bu toplantıda Avropa İttifaqı tərəfindən vətəndaş cəmiyyətlərinin real inkişafına töhfə verilməsi məsələsini gündəmə gətirəcəklər.

Varşava sammitində bir çox ölkə başçıları ilə yanaşı, Azərbaycan Prezidenti İlham Əliyev də qatılmışdır

29 Sentyabr, 2011  21:10 Baxılıb: 844

Bu bölmədə