Simsar.az | bizi özünüzə Simsar bilin
Qəddafinin oğlunun həbsi barədə də order verildi

"İnterpol" tuta bilərsiz dedi

Simsar.az-ın ‘France-Presse” agentliyinə istinadən verdiyi məlumata görə, “İnterpol” Saadi Qəddafini dünyada ən çox axtarılan cinayətkarların siyahısına salıb. 

“İnterpol” Saadi Qəddafini daşınmaz əmlak fırıldaqlarında, insanları silahla qorxutmaqda, vətəndaş müharibəsində liviyalıları öldürməkdə günahlandıran Liviyanın yeni hökumətinin müraciəti əsasında belə qərar verib. Saadi Qəddafi hazırda 11 ailə üzvü və yaxınları ilə birlikdə Nigerdədir. Niger hakimiyyəti bu insanlara humanitar sığınacaq verdiyini bəyan edib.

Saadi Qəddafi atası devrilənə qədər Liviyanın idman qurumlarında müxtəlif postlar tutub, əsasən Liviya Futbol Federasiyasına rəhbərlik edib.

29 Sentyabr, 2011  20:21 Baxılıb: 958

Bu bölmədə