Simsar.az | bizi özünüzə Simsar bilin
İctimai Palata aksiyalara hazırlaşır

İlk aksiya məhkəmə qarşısında olacaq

İctimai Palatanın Koordinasiya Şurası bu gün Müsavat Partiyasının mərkəzi qərargahında mətbuat konfransı keçirib.

Mətbuat konfransında məhkəmə prosesləri haqda rəyi açıqlanıb. Bildirib ki, polislərin xəsarət alması haqda verilən ekspertiza rəyləri tamamilə saxta olub və bu saxtakarlıq məhkəmədə üzə çıxıb. Mağazaların şüşələrini sındıranlar isə hakimiyyətin öyrətdiyi təxribatçılardır. Onların foto və videoları istintaqa, məhkəməyə təqdim olunsa da, biri də həbs edilməyib. Zərərçəkmiş kimi göstərilən bəzi mülki iddiaçılar iddialarından imtina ediblər, digərlərinin isə əsassız olduğu məhkəmədə sübuta yetirilib. İttiham tam saxtadır, qondarmadır və siyasi sifarişdir. Ona görə də 2 aprel mitinqinə görə həbs olunan siyasi məhbuslar dərhal azadlığa buraxılmalıdırlar.

Müsavat başqanı İsa Qəmbər deyib ki, həbs olunan müxalifət fəalları hakimiyyətin repressiyalarından tamamilə üzüağ çıxıblar: “Silahdaşlarımız həbsdə də mübarizələrini davam etdirir. Müstəqilliyin 20 illiyində Arif Hacılının həbsdə olması hakimiyyətin istiqlal mübarizəsinə münasibətini ortaya qoyur. Arif Hacılı başda olmaqla bütün məhbuslar dərhal azad edilməlidir”.

Müxalifət liderləri aksiyaların davam etdirilməsini məqbul sayıblar.

RAMİL

29 Sentyabr, 2011  20:10 Baxılıb: 865

Bu bölmədə