Simsar.az | bizi özünüzə Simsar bilin
Bahar Muradova: "Çox ciddi hazırlaşırıq"

ATƏT PA-nın yüzlərlə üzvü Qarabağ gerçəyindən xəbər tutacaq

Bu təşəbbüsün reallaşması üçün ciddi işlər görürdük. Parlament Assambleyasının yay sessiyasında bəlli idi ki, belə bir məsələnin müzakirəsi payız sessiyasının gündəliyinə daxil edilə bilər. Assambleyanın oktyabrın 7-dən 9-dək keçiriləcək payız sessiyasının gündəliyi artıq dəqiqləşib və Dağlıq Qarabağ münaqişəsi həll olunmamış münaqişələr kimi gündəliyə salınıb”. APA-nın xəbərinə görə, bu sözləri jurnalistlərə açıqlamasında Milli Məclisin sədr müavini Bahar Muradova deyib. O bildirib ki, müzakirələrdə ATƏT-in Minsk Qrupunun həmsədrləri və ATƏT sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik də iştirak edəcək: “Onlar çıxış edəcək və münaqişənin yaranma tarixi, hazırkı vəziyyəti barədə məlumat verəcəklər. Dağlıq Qarabağ münaqişəsi ətrafında 3 saatlıq debat nəzərdə tutulub. Bizi çox vacib müzakirələr gözləyir və Azərbaycan nümayəndə heyəti buna çox ciddi hazırlaşır. Ona görə ki, bu müzakirələrin keçirilməsi ATƏT PA-nın yüzlərlə üzvünün Dağlıq Qarabağ problemi haqqında tam obyektiv alması ilə nəticələnəcək. Biz bunu çox əhəmiyyətli hesab edirik”.

29 Sentyabr, 2011  19:51 Baxılıb: 844

Bu bölmədə