Simsar.az | bizi özünüzə Simsar bilin
Ət satanlara xəbərdarlıq

Süni qiymət artımına yol verdiyi aşkarlanan təsərrüfat subyektləri barədə ciddi tədbirlər görüləcək

İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti ətin qiyməti ilə bağlı monitorinqlərini davam etdirir. Simsar.az-ın İqtisadi İnkişaf Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, monitorinqlər zamanı “Təzə bazar”da mal ətinin 5,5-8 manata, qoyun ətinin 6,5-9 manata, “Keşlə bazarı”nda mal ətinin 8 manatadək, qoyun ətinin 9 manatadək, “8-ci km bazarı”nda mal ətinin 5-8 manata, qoyun ətinin 5-9 manata, Dərnəgül qəsəbəsindəki ət kəsimi və satışı məntəqəsində mal ətinin 5-7,5 manata, qoyun ətinin 5-5,5 manata satıldığı müəyyənləşdirilib. 

Monitorinqlərin əhatə etdiyi digər pərakəndə ticarət obyektlərində isə mal ətinin qiyməti 8 manatadək, qoyun ətinin qiyməti isə 9 manatadək təşkil edir. Ticarət obyektlərində ətin qiymətinin gündəlik monitorinqi davam etdirilir. Dövlət Xidməti xəbərdarlıq edir ki, süni qiymət artımına yol verdiyi aşkar edilən təsərrüfat subyektləri barədə qanunvericiliyə uyğun olaraq ciddi tədbirlər görüləcək.

29 Sentyabr, 2011  18:21 Baxılıb: 1072

Bu bölmədə