Simsar.az | bizi özünüzə Simsar bilin
Azərbaycan helikopterlər aldı

Bu barədə Rusiya KİV-ləri məlumat yayıb

APA-nın Rusiya KİV-inə istinadən verdiyi məlumata görə, tərəflər arasında imzalanmış müqaviləyə uyğun olaraq, helikopterlərin ilin sonuna qədər Azərbaycana təhvil verilməsi planlaşdırılır. Helikopterlərin hansı qurum tərəfindən alındığı qeyd olunmayıb.


“Mi-17” tipli helikopterlər əsasən daşıma (şəxsi heyət, yük), ambulans, yanğınsöndürmə və xilasetmə funksiyalarını yerinə yetirə bilir.


Qeyd edək ki, son 5 ildə Azərbaycanın müxtəlif qurumları (mülki və hərbi) tərəfindən Rusiyadan 10-dan artıq “Mi-17” modifikasiyalı helikopter alınaraq ölkəyə gətirilib.

29 Sentyabr, 2011  17:56 Baxılıb: 1075

Bu bölmədə