Simsar.az | bizi özünüzə Simsar bilin
İspaniya həkimlər AİDS-in müalicəsini tapıblar

Yeni peyvəndlər uğurla sınaqdan çıxıb

Ispaniya araşdırmaçıları dünyanın bir nömrəli xəstəliyi olan AİDS-in müalicəsini tapdıqlarını bildiriblər.

Simsar.az “Fox News” agentliyinə istinadən bildirir ki, İspanya Milli Biotexnoloji Mərkəzində tanınmış həkimlər keçirdikləri birgə mətbuat konfransında AİDS-in əlacını aşkar etdiklərini deyiblər.

Öncə meymunlar üzərində aparılan araşdırmalar sonra 30 insan üzərində tətbiq edilib.

Həkimlər 6 könüllüyə plasebo, 24-ünə isə başqa dərman veriblər. Gerçək dərman qəbul edən ikinci qrupda nəzərdə tutulan naliyyətlər əldə olunub.

Peyvənd edilən xəstələrin 95 faizinin immunitet sisteminin gücləndiyi təsbit edilib. Keçmişdə eyni xəstələrə tətbiq olunan peyvəndlərin müvəffəqiyyət nisbəti isə yalnız 25 faiz olub.

Araşdırmaçılar yeni tədqiqatlar üzərində işlərini davam etdirirlər. HİV peyvəndinin xəstəliyi zəiflətmək deyil, tamamilə aradan qaldırılması yolları axtarılır.

RAMİL

29 Sentyabr, 2011  17:56 Baxılıb: 858

Bu bölmədə