Simsar.az | bizi özünüzə Simsar bilin
Suriyada nüvə alimi qətlə yetirilib

Əbdel Kərim Xəlil son 4 gündə qətlə yetirilən 3-cü alimdir

Suriyanın Homs şəhərində nüvə alimi Əbdel Kərim Xəlil qətlə yetirilib. Əl Ərəbiyə telekanalı yerli hüquq müdafiəçilərinə istinadən bu barədə xəbər verib. Əbdel Kərim Xəlil Suriyada son 4 gündə qətlə yetirilən 3-cü alimdir. Ondan əvvəl isə eyni şəhərdə Əl-Bəəs universitetinin memarlıq fakultəsinin prorektoru Məhəmməd Əli Aqil və hərbi neft-kimya məktəbinin direktoru Nail Dahil öldürülüb. Hüquq müdafiəçiləri bir neçə aydır kütləvi etirazlar planlaşdıran Suriya müxalifətinin əsas mərkəzlərindən biri sayılan Homs şəhərinin elmi personalının qətlində hökuməti ittiham edir. Rəsmi Dəməşq isə xalqın nümayişlərini deyil, ölkədə xaos yaratmağa çalışan qərb ölkələrinin dəstəklədiyi silahlı qruplaşmaların ixtişaşlarını yatırdığını iddia edir.

29 Sentyabr, 2011  17:41 Baxılıb: 854

Bu bölmədə