Simsar.az | bizi özünüzə Simsar bilin
Günel Mövlud seriala çəkildi

"Qaranlıqlar çiçəyi" İTV-də nümayiş olunacaq

Yaxın günlərdə Azərbaycanın İctimai Televiziyasında Azərbaycan və Türkiyə kinematoqrafçılarının birgə məhsulu olan “Qaranlıqlar çiçəyi” adlı serial nümayiş olunacaq.

Lent.az- ın məlumatına görə, serialda Azərbaycan aktyorlarından Rasim Balayev, Səfurə Əlizadə, Günəş Mehdi, Nəsimi Mirzə, Abbas Qəhrəman, Zaur Şəfi, Arifə İslam və Vüqar Əlinin rol alması planlaşdırılır. Türkiyə tərəfdən isə “Kurtlar Vadisi Pusu”nun məşhur İsgəndər Böyük rolunun ifaçısı Mustafa Uzunlarla birlikdə Osman Albayrak, Mustafa Üstündağ (“Kurtlar Vadisi Pusu”da Muro), Bülent Şakrak, Begüm Kütük, Hüseyin Avni Danyal (“Kurtlar Vadisi Pusu”da Bulut), Ebru Özkan, Güler Ökten kimi tanınmış aktyorlar yer aldığı serialda Lent.az-ın əməkdaşı, yazar Günel Mövlud da çəkilib.

Günel Mövlud sözügedən serialda Azərbaycanda “İsgəndər Böyük” kimi tanınan Mustafa Uzunların katibəsi rolunu oynayıb: “Əslində mən bu serialın Azərbaycan dilinə tərcüməsini edirdim. Sonra rejissor Məhmət Ulukan mənə təklif etdi ki, filmdə Mustafa Uzunların katibəsini oynayım. Mən də razılaşdım”.

29 Sentyabr, 2011  17:15 Baxılıb: 1814

Bu bölmədə