Simsar.az | bizi özünüzə Simsar bilin
SİMSARIN HİT LİDERİNİN ADI MƏLUM OLDU

Röya Ayxan “Sənə görə” mahnısı bu həftə liderdir

“HİT-SİMSAR” layihəsində bu həftənin lideri Röya Ayxanın “Sənə görə” mahnısıdır. Ziyarətçilərin səsverməsinə əsasən ikinci yeri Safura Əlizadə “March On” mahnısı, üçüncü yeri isə Bəyimxanım Mirzəyeva “Yollara yağış yağır” mahnısı qazanıb. 10 mahnı arasında dördüncü yerdə İlqar Muradov “Bir arzu”, beşinci yerdə Aybəniz Haşımov “Unutdun məni” mahnılarıdır.

Layihənin şərtlərinə görə, liderdən sonrakı dördlük həftənin növbəti cümə gününədək bir daha müsabiqəyə qatılmaq şansı qazanır. Sonrakı 5 mahnı isə Xəyyam Nisanov “Ağ mələyim”, Natəvan Həbibi “Ulduzlar”, Qala Qrupu “Sevgiyə bax”, Aynişan Quliyeva “Yox”, Eyyub Yaqubov “Yene o bağ olaydı” mahnısı ilə əvəzlənir.

Layihənin məqsədi dinləyicilərin zövqünü öyrənməkdir.

Simsar.az

29 Sentyabr, 2011  16:03 Baxılıb: 1254

Bu bölmədə