Kəmaləddin Heydərov Belçikanın Azərbaycandakı səfirini qəbul edib
Fövqəladə hallar naziri Belçika Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Luk Truyensi qəbul edib. APA-nın FHN-in saytına istinadən verdiyi məlumata görə, görüş zamanı nazir FHN və onun qurumları, eyni zamanda nazirlik tərəfindən həyata keçirilən və keçirilməsi planlaşdırılan layihələr, görülən işlərin beynəlxalq normalara cavab verən səviyyədə olması üçün nüfuzlu beynəlxalq və regional təşkilatlarla, xarici dövlətlərin müvafiq qurumları ilə əlaqələrin inkişaf etdirilməsi istiqamətində aparılan işlər barədə geniş məlumat verib.
29 Sentyabr, 2011 01:58 ⁄ Baxılıb: 810
Bu bölmədə26 Aprel, 2024 İlham Əliyev Berlindədir17 Aprel, 2024 İlham Əliyev qəbul keçirdi |