Simsar.az | bizi özünüzə Simsar bilin
Ayaz Murad Arifin toyuna niyə gəlmədi?

Başqa sənətçilər də bəstəkarın toyuna qatılmayıb

Çərşənbə axşamı populyar teleaparıcı, bəstəkar və şoumen Murad Arif həm 30 yaşını qeyd etdi, həm də uzun illər birgə çalışdığı Cəmilə xanımla ailə həyatı qurub.

Murad Arifin "Şou nömrə 1" mahnısının ifaçısı xalq artisti Aygün Kazımova və dost münasibətlərində olduğu Röya Ayxanın məclisə təşrif buyurmaması öz-özlüyündə böyük sual doğurur. Bu sıraya iki xalq artisti - Brilliant Dadaşova və Zülfiyyə Xanbabayevanın da adlarını əlavə edə bilərik, amma bəlkə heç təzə bəy bu xanımlara dəvətnamə göndərməyib? Lakin sadaladığımız müğənnilər toyda iştirak etməsə də, xalq artsti, 100 % F.A başda olmaqla, sayılıb-seçilən ulduzlar gecəyarısına qədər restoranda şən ab-hava yaratmağın öhdəsindən gələ bildilər.

Simsar.az-ın məlumatına görə, Muradın toyunda yaxın dostu müğınni Ayaz da iştirak etməyib. Səbəb isə ikincinin babasının rəhmətə getməsidir.

RAMİL

28 Sentyabr, 2011  23:07 Baxılıb: 2615

Bu bölmədə