Simsar.az | bizi özünüzə Simsar bilin
Magistratura tələbələri hərbi xidmətdən azad edilə bilər

Parlament onların məsələsinə baxacaq

APA-nın məlumatına görə, bu barədə Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü, millət vəkili Zahid Oruc bildirib.

Millət vəkilinin sözlərinə görə, bu gün Azərbaycanın səfərbərlik resursları çoxdur və hər il bir neçə min nəfərə möhlət hüququnun verilməsi ordunun komplektləşdirilməsində problem yaratmayacaq.

«Elm özü təhlükəsizliyin mühüm aspektlərindəndir. Bu gün magistratura pilləsində təhsil alan gənclərə möhlətin verilməməsi elmdə boşluqların yaranmasına səbəb olmaqdadır. Alimlər qocalır, elmdə arasıkəsilməzlik prinsipi pozulub, orta yaş həddi 54-dən yuxarıdır»,- deyə millət vəkili bildirib.

Millət vəkili möhlət hüququ ilə bağlı məsələnin qanunvericiliyə salınması təklifi ilə təmsil etdiyi komitənin bir həftə əvvəl keçirilmiş iclasında məsələ qaldırdığını və bir sıra həmkarları tərəfindən bu təklifin dəstəkləndiyini deyib.

Z. Oruc hesab edir ki, möhlət hüququnun verilməsi müqabilində Azərbaycanda digər ölkələrdə tətbiq olunan qısa müddətli - 2 aylıq xidmət növü də tətbiq oluna bilər.

28 Sentyabr, 2011  22:53 Baxılıb: 794

Bu bölmədə