Simsar.az | bizi özünüzə Simsar bilin
Bir sessiyada 27 məsələ

Parlamentin payız sessiyasının gündəliyi açıqlandı 

APA-nın xəbərinə görə, bu barədə Milli Məclisin 2011-ci il payız sessiyasının açılışına həsr olunmuş mətbuat konfransında Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu məlumat verib. A. Təvəkküloğlu deyib ki, bu rəqəm dəyişə bilər, qanunvericilik təşəbbüsü əsasında sessiya dövründə parlamentə xeyli sayda qanun layihəsi daxil olur ki, bu da sayın artmasına şərait yaradır.


Sentyabrın 30-da keçiriləcək birinci iclasın gündəliyinə 27 məsələ daxildir. Birinci iclasda payız sessiyasının gündəliyi, həmçinin Azərbaycan hökuməti ilə bir sıra hökumətlər arasında imzalanmış 14 hökumətlərarası saziş təsdiqlənəcək. Cinayət Məcəlləsinə, Mülki Məcəlləyə, İnzibati Xətalar Məcəlləsinə, Konstitusiya Məhkəməsi haqqında”, “Dövlət rüsumu haqqında”, “Daşınmaz əmlakın qeydiyyatı haqqında”, “Sosial sığorta haqqında”, “Məşğulluq haqqında” və s. qanunlara dəyişikliklərin əks olunduğu layihələr də müzakirəyə təqdim olunacaq.


Payız sessiyası çərçivəsində Azərbaycanın dövlət büdcəsi zərfinə daxil olan sənədlərə baxacaq.

Sessiyada xeyli sayda yeni qanun layihəsi müzakirəyə çıxarılacaq. Məsələn, Şəhərsalma və Tikinti Məcəlləsi birinci, Rəqabət Məcəlləsi üçüncü oxunuşda müzakirəyə çıxarılacaq. “Təhsil krediti haqqında”, “Hərbi vəzifə və hərbi xidmət haqqında”, “Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi haqqında”, “Ali təhsil haqqında”, “Elm siyasəti haqqında”, “Bələdiyyələrin hesabatı haqqında”, “Mədəniyyət haqqında”, “Muğam sənəti haqqında”, “Pasiyentin hüquqlarının qorunması haqqında” qanun layihələri (birinci oxunuş), “Sosial xidmət haqqında” (ikinci oxunuş), “Həbs yerlərində saxlanılanların hüquq və vəzifələri haqqında” qanun layihələrinin də (üçüncü oxunuş) müzakirəyə çıxarılması planlaşdırılır.

28 Sentyabr, 2011  21:12 Baxılıb: 808

Bu bölmədə