Simsar.az | bizi özünüzə Simsar bilin
Naxçıvandakı vəziyyət Bakıda müzakirəyə çıxarıldı

Mehman Əliyev media və hüquq müdafiə təşkilatlarını ittiham etdi 

Bu gün “Park İnn” Mehmanxanasında Reportyorların Azadlıq və Təhlükəsizlik İnsitututunun (RATİ) təşkilatçılığı ilə “Naxçıvan konteksində Azərbaycanda İnsan Haqlarının durumu” və “ Media Texnologiyaları vasitəsilə insan haqlarının qorunması” mövsusunda beynəlxalq konfrans keçirilib.

Naxçıvan Muxtar Respubikasnda insan haqlarının ümumi durumu barədə son günlər yaşadığı Şərur rayonunda təzyiqlərə məruz qalan RATİ-nin Naxçıvan bölgəsindəki müxbiri Həkimeldostu Mehdiyev burada insan haqları ilə bağlı acınacaqlı durumun olduğunu billdirib.

“Azadlıq” radisounun Naxçıvandan olan əməkdaşı Yafəz Əkrəmoğlu Naxçıvanda olan qanun pozuntularını, haqsızlıqların aradan qaldırılması üçün Azərbaycanda olan diplomatik korpusun nümayəndələrinin bu işə yüksək səviyyədə reaksiya verməyə çağırıb

Konfransın ikinci hissəsində isə “Media texnologiyaları vasitəsilə insan haqlarının qorunması” mövzusunda müzakirə olunub. “Turan” informasiya agentliyinin rəhbəri Mehman Əliyev iqtidaryönlü mediayının fəaliyyətini kəskin şəkildə tənqit etdi: “Bu gün Azərbaycanda kifayət qədər KİV-nin adının çəkmək olar ki, hakimiyyət tərəfindən maliyyələşir və iqtidarın repressiya siyasətinə xidmət edir. Müstəqil media bu hakimiyyət tərəfindən təqib və təzyiqlərər məru qalır. Amma, baxın iqtidaryönümlü mediyaya. Reklam bazarı bunlara xidmət edir, hakimiyyət tərəfindən kifayət qədər maliyyələşirlər”.

Tədbir müzakirələrlə davam edib.

RAMİL

28 Sentyabr, 2011  20:34 Baxılıb: 914

Bu bölmədə