Simsar.az | bizi özünüzə Simsar bilin
Elçin Əfəndiyev "niyə az kitab oxuyuruq" sualına cavab tapıb

Baş nazirin müavini: "Böyük bir imperiya çökdü"

Azərbaycanda kitabsevərlərin sayının az olmasının əsas səbəbi kitabın mahiyyətini dərk etdirə biləcək səviyyədə təbliğatın aparılmamasıdır. Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Baş nazirin müavini, Xalq yazıçısı Elcin Əfəndiyev deyib.

Onun sözlərinə görə, bu gün kitabın az oxunmasının səbəblərindən biri də texnologiyanın inkişafı, xüsusilə internetdən istifadənin artmasıdır.

Baş nazirin müavini hesab edir ki, SSRİ-nin süqutu da kitabsevərləin sayının azalmasına səbəb olub.

"Çox deyirlər ki, kitabları qabaq çox oxuyurdular, indi az oxuyurlar. Bunun da səbəbləri var. Bir tərəfdən, elmi-texniki inkişaf indi ictimai həyatda çox ciddi rol oynayır. Digər tərəfdən isə, böyük bir imperiya çokdü. Bu imperiya çökdükdə ictimia, mədəni, siyasi həyatda böyük kataklimiz əmələ gəldi. Böyük zərbələrdən biri də mədəniyyəyə və mədəniyyətin başlanğıcı olan kitaba dəydi. Ona görə də mənim üçün çox xosdur ki, getdikcə kitaba hörmət artır, kitabın nüfuzu artır", - Əfəndiyev bildirib.

28 Sentyabr, 2011  19:04 Baxılıb: 840

Bu bölmədə