Simsar.az | bizi özünüzə Simsar bilin
Avropa İttifaqı Azərbaycana sərmayə qoyacaq

Bu məbləğ bir il ərzində 100 milyon manat olacaq

Avropa İttifaqı (Aİ) 2012-ci ilə kimi Azərbaycana 100 milyon avro büdcə yönümlü sərmayə qoyacaq.

Simsar.az xəbər verir ki, bunu Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin siyasi işlər üzrə şöbəsinin rəhbəri Jerome Pons “Azərbaycanda maliyyə nəzarəti sisteminin təkmilləşdirilməsində Dövlət Maliyyə Nəzarəti Xidmətinə Dəstək” layihəsinin təqdimatında bildirib.

"Aİ Şərq Tərəfdaşlığı layihəsi çərçivəsində Azərbaycana hər zaman dəstək göstərməyə hazırdır" deyən Jerome Pons Aİ-nin Azərbaycanda bir sıra tvininq layihələri həyata keçirdiyini vurğulayıb: "2006-cı ildən bu sahədə Azərbaycana 7 milyon avro vəsait ayırıb. Aİ Azırbaycanda 10 tvininq layihəsi həyata keçirir və bunlardan 6-sı yeni mərhələdədir. Tvininq layihələri əsasən vergilər, kənd təsərrüfatı, təhsil və maliyyə nazirliklərində, o cümlədən Ailə, Qadın və Uşaq Komitəsi və Ombudsman Aparatında həyata keçirilir".

Almaniyanın İqtisadiyyat və Texnologiyalar Nazirliyinin milli əlaqələndiricisi Brend Şumaxer bildirib ki, Almaniya Azərbaycanda 14 tvininq layihəsinə qatılmaq üçün tenderdə iştirak edir. Onun sözlərinə görə, artıq bunlardan 8-i uğurla keçib. Hazırda 4 tvininq layihəsi, eləcə də turizm layihəsi üzərində iş aparılır. Əsasən kənd təsərrüfatı, təhsil nazirlikləri, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi və digər qurumlarda tvininq layihələri icra olunur.

28 Sentyabr, 2011  19:01 Baxılıb: 855

Bu bölmədə