Simsar.az | bizi özünüzə Simsar bilin
Oğlu Tatlısəsdən üz döndərdi

Müğənninin əvvəlki xanımı isə yeni evlilikden teeccüblenmir

Türk musiqisinin imperatoru İbrahim Tatlısəs 14 martda silahlı hücuma məruz qaldıqdan sonra müalicəsini davam etdirdiyi reabilitasiya mərkəzində ötən gün evlənib. Simsar.az Türkiyənin "Milliyət" qəzetinin saytına istinadən xəbər verir ki, müğənni 12 illik sevgilisi 30 yaşlı Ayşegül Yılmazla birlikdə 2-ci dəfə nikah masasına əyləşib. Şişli bələdiyyə rəhbəri Mustafa Sarıgülün kəsdiyi nikahda şahidlər kimi iş adamı Yüksel Çağlar və "Qalatasaray" futbol klubunun baş məşqçisi Fatih Terim iştirak ediblər.

Türkiyə sərhədlərini aşan xoş evlilik xəbərinə çoxları birmənalı yanaşmır. İddialara görə, evlilik məsələsinin arxasında gizli saxlanılan çox məqamlar var. Hətta ötən gün Tatlısəsə baş çəkməyə gələn 19 yaşlı oğlu İdo atasının evlənmə xəbərini eşidincə çoc təəccüblənib və atasına "Sən mənim üçün artıq yoxsan" deyərək, xəstəxananı tərk edib.

İbrahim Tatlısəsin qızı Mələk Zibeydənin anası Perihan Savaş Tatlısəsin ildırım nigahı ilə Ayşegül Yılmazla evlənməsinə təəccüb etmədiyini deyib.

“Habertürk” saytının məlumatına görə, bir həftə öncə İbrahim Tatlısəsin ona evlənəcəyini dediyini bildirən P. Savaşın cavabı belə olub: “İbrahim evlənəcəyini dediyində təəccüb etmədim. Ona qərarlısansa, “ürəyinin götürdüyü yerə get” dedim. İkisi də təcrübəli insanlardır və sağlam düşünə bilirlər. Evlənmək istədilər və evləndilər. Xeyirlisi olsun. Mənə isə onlara xoşbəxtliklər diləmək düşər”.

28 Sentyabr, 2011  18:31 Baxılıb: 1208

Bu bölmədə