Simsar.az | bizi özünüzə Simsar bilin
Brayza ikinci Qarabağ müharibəsinin olmayacağına işarə etdi

"Tərəflər arasında fikir ayrılığına səbəb olan məsələlərin həlli mümkündü"

“Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həllinə dair bəyanatlar indi əvvəlki kimi tez-tez səslənmir. Bu, çox pozitiv haldır”.
APA-nın məlumatına görə, bunu ABŞ-ın Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri Metyu Brayza deyib. Səfir qeyd edib ki, bu münaqişənin hərbi yolla həlli mümkün deyil və tərəflərin münaqişənin nizamlanmasının baza prinsiplərinə dair danışıqları yekunlaşdırması vacibdir: “Dağlıq Qarabağ münaqişəsinin hərbi həll yolu mövcud deyil. Dağlıq Qarabağ münaqişəsinin hərbi yollu ilə həllinə dair bəyanatlar indi əvvəlki kimi tez-tez səslənmir. Bu, pozitiv inkişaf, pozitiv haldır. Deyə bilərəm ki, Azərbaycan münaqişənin hərbi güc tətbiq etmədən, sülh yolu ilə həllinə çox bağlıdır. Baza prinsiplərini razılaşdırmaq prosesini yekunlaşdırmaq lazımdır. Bu, mümkün olmayan məsələ deyil. Tərəflər arasında fikir ayrılığına səbəb olan məsələlər həlli mümkün məsələlərdir. Bir daha təkrar edirəm ki, münaqişənin hərbi yolla həlli mümkün deyil”.

28 Sentyabr, 2011  17:59 Baxılıb: 784

Bu bölmədə