Simsar.az | bizi özünüzə Simsar bilin
Əflatun Amaşov Beynəlxalq Mətbuat İnstitutunun Dünya Konqresində

MŞ sədri çıxış edib

Mətbuat Şurasından (MŞ) APA-ya verilən məlumata görə, Azərbaycanın media nümayəndələrinin də qatıldığı tədbirin ikinci günü şura sədri Əflatun Amaşov çıxış edib. Azərbaycanın xarakterik xüsusiyyətləri barədə məlumat verən Ə.Amaşov ölkədə medianın özünəməxsus cəhətlərindən danışıb. O bildirib ki, rəhbəri olduğu qurumun başlıca missiyası media-ictimaiyyət, media-hakimiyyət münasibətlərinin tənzimlənməsidir. Bununla yanaşı, şura bəzi mühüm qanunvericilik təşəbbüsləri ilə də çıxış edib.

Konqresin sessiyaları çərçivəsində aparılan diskussiyalarda jurnalist təhlükəsizliyinin müxtəlif aspektlərinə, yeni texnologiyaların KİV-də tətbiqinə, yeni medianın xarakterik cəhətlərinə, medianın böhranlı situasiyalarda biznes strukturu kimi qalması yollarının müəyyənləşdirilməsinə və sair məsələlərə toxunulub. BMİ-nin 2011-ci il üçün Azad Media Pioneri mükafatının təqdim olunduğu toplantı Azərbaycan nümayəndə heyəti üçün çoxsaylı təmaslarla yadda qalan olub. Azərbaycan nümayəndələri ABŞ-ın, Avstriyanın, Finlandiyanın, nüfuzlu KİV-nin nümayəndələri ilə görüşlər keçirərək onlara ölkədə medianın hazırkı durumu barədə məlumat veriblər.

Qeyd edək ki, BMİ-nin Dünya Konqresində iştirak etmiş Azərbaycan nümayəndə heyətinin tərkibinə MŞ sədri Əflatun Amaşovla yanaşı, MŞ sədrinin müavini, BMİ-nin Azərbaycan Milli Komitəsinin rəhbəri Umud Rəhimoğlu, «APA-Group»un baş direktoru Vüsalə Mahirqızı, Beynəlxalq Avrasiya Mətbuat Fondunun Proqramlar və Beynəlxalq Əlaqələr Departamentinin rəhbəri Nik Nvolisa daxildir.

28 Sentyabr, 2011  17:22 Baxılıb: 875

Bu bölmədə