Simsar.az | bizi özünüzə Simsar bilin
LAVROV AZƏRBAYCANI VƏ ERMƏNİSTANI HƏDƏLƏDİ

"Güc tətbiq edilməməsi üçün Rusiya əlindən gələn bütün zəruri addımları atacaq"

Simsar.az-ın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, Sergey Lavrov deyib ki, Rusiya Cənubi Qafqazda güc tətbiqi ssenarisinə yol verilməməsi üçün əlindən gələn bütün zəruri addımları atacaq. 

Sergey Lavrov bildirib ki, əgər münaqişə tərəflərindən hər hansı biri güc tətbiq edərsə, Rusiya regionda sülhün təmin edilməsi üçün bütün tədbirləri görəcək. O, Moskvanın Dağlıq Qarabağ münaqişəsində iştirak edən tərəflərə sülhün əldə olunması üçün yardım göstərməyə davam etdiyini iddia edib: “Biz ATƏT-in Minsk qrupu çərçivəsində ABŞ və Fransa ilə münaqişənin sülh yolu ilə həllini yönündə prosesi davam etdiririk”.

28 Sentyabr, 2011  15:31 Baxılıb: 931

Bu bölmədə