Simsar.az | bizi özünüzə Simsar bilin
Azərbaycan dünyaya səsləndi

Elmar Məmmədyarov: "Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllində daha çox maraqlıdır"

"Öz ərazilərinin işğalından və yüz minlərlə vətəndaşının məcburi köçkün vəziyyətinə düşməsindən əziyyət çəkən bir ölkə kimi Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllində daha çox maraqlı olan tərəfdir". ANS PRESS-in "Trend"ə istinadən verdiyi məlumata görə, bunu xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Assambleyasında çıxışı zamanı deyib. Azərbaycanın mövqeyinin beynəlxalq birliyə yaxşı məlum olduğunu deyən nazir qeyd edib ki, bu mövqe beynəlxalq hüququn norma və prinsiplərinə ciddi şəkildə əməl edilməsinə əsaslanır.

“Bu prinsiplərə görə, ərazinin güc tətbiqi ilə mənimsənilməsi yolverilməzdir. Bu, qətiyyən qəbuledilməzdir", - deyə nazir vurğulayıb.

Fikirlərinə davam edən Elmar Məmmədyarov bildirib ki, 20 il ərzində Azərbaycan BMT nizamnaməsinin və digər beynəlxalq hüquq sənədlərinin təcavüzkar Ermənistan tərəfindən kobud şəkildə pozulması ilə üzləşir: "Bu təcavüzkarlıq nəticəsində Azərbaycan ərazilərinin 20 faizi hələ də işğal altındadır və 1 milyona yaxın azərbaycanlı qaçqın və məcburi köçkün öz evlərinə qayıda bilmir".

28 Sentyabr, 2011  04:42 Baxılıb: 1021

Bu bölmədə