Simsar.az | bizi özünüzə Simsar bilin
Yəmənin müdafiə nazirinə sui-qəsd olunub

Yəmənin müdafiə naziri Məhəmməd Naser Əliyə sui-qəsd edilib.

Simsar.az-ın məlumatına görə, nazir silahlı hücum zamanı xəsarət almayıb.

Nazirin maşını tuneldən çıxan zaman terrorçu trotil yüklənmiş avtomobili maşın karvanının qarşısında partladıb. Partlayış nəticəsində nazirin yeddi mühafizəçisi yaralanıb. Yaralıların hamısı qarşıda birinci maşında olublar. İkinci maşında olan nazir isə yaralanmayıb. Digər bir məlumata görə, terror aktı nəticəsində ən azı 10 nəfər yaralanıb.

28 Sentyabr, 2011  00:32 Baxılıb: 857

Bu bölmədə