Simsar.az | bizi özünüzə Simsar bilin
Şeyxülislamdan Obamaya çağırış

Kilsə və sinaqoqlarla yanaşı məscidlərə də baş çəkin

“Yaxşı olardı ki, ABŞ prezidenti Barak Obama məscidlərə də baş çəksin. Mən hələ onun məscidə getdiyini görməmişəm. Yaxşı olar ki, ABŞ prezidenti kilsələrə getdiyi kimi, məscidlərə, sinaqoqlara da baş çəksin.

Bu dini məbədlərin hamısına eyni münasibət bəsləmək lazımdır. Bizdə məhz bu cürdür. Azərbaycan prezidenti məscidə, kilsəyə, sinaqoqa gedib orada keçirilən tədbirlərdə iştirak edir”.

 Simsar.az-ın xəbərinə görə, bunu Qafqaz Müsəlmanları Ruhani İdarəsinin (QMİ) sədri, Şeyxülislam Allahşükür Paşazadə ABŞ-ın Kaliforniya Senatının ətraf mühitin keyfiyyəti üzrə komitəsinin sədri senator Cozef Simitianın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdə bildirib. 

A. Paşazadə əvvəllər Kaliforniyada səfərdə olduğunu xatırladaraq ABŞ-a yenidən getmək arzusunda olduğunu açıqlayıb. QMİ sədri görüşdə iştirak edən ABŞ-ın Azərbaycandakı səfiri Metyu Brayzaya müraciət edərək bunları deyib: “Səfir bizi dəvət etsə, ABŞ-a səfər edərik”.

M. Brayza A. Paşazadənin istəyinə münasibət bildirib: “Biz bu barədə düşünürük”.

Qeyd edək ki, görüşdə Azərbaycanda fəaliyyət göstərən dini icmaların rəhbərləri, o cümlədən Dağ Yəhudiləri Dini İcmasının rəhbəri Semyon İxiilov, Bakı və Xəzəryanı Yepiskopu Aleksandr Ata da iştirak edib.

27 Sentyabr, 2011  23:02 Baxılıb: 836

Bu bölmədə