Simsar.az | bizi özünüzə Simsar bilin
Qəddafidən yeni xəbər var

“Liviyadayam, şəhid olmaq istəyirəm”

Liviyanın devrilmiş lideri Müəmmər Qəddafi yeni açıqlamayla çıxış edib. Simsar.az xarici mətbuata istinadən bildirir ki, polkovnik Qəddafinin son qalası sayılan Beni Veliddə yerli radio tərəfindən yeni səs yazısı səsləndirilib. Açıqlamasında Qəddafi "qəhrəmanlar müqavimət göstərir və şəhid olur, biz də şəhid olmağı gözləyirik" deyib.

Qəddafi, həftələrdir paytaxt Tripolinin 170 kilometr cənub-şərqindəki Beni Velid şəhərində yeni rejimə qarşı döyüşən Liviyanın ən böyük tayfalarından Varfala mənsublarına müraciət edib.
"Cihadınızla, atalarınızın üstün müvəffəqiyyətini yenidən yazırsınız. Sizin kimi mənim də döyüş sahəsində olduğumu bilin. Qəddafi Venesuelada, Nigerdə deyə yalan danışırlar. Xalqımın arasındayam" - deyə devrilmiş lider vurğulayıb.

27 Sentyabr, 2011  22:20 Baxılıb: 924

Bu bölmədə