Simsar.az | bizi özünüzə Simsar bilin
İngilislər dənizdə şəhər layihəsi hazırlayıblar

Utopiya adlı şəhərin qiymətləri hələ açıqlanmayıb 

İngiltərənin məşhur “Niger Gee” adlı şirkəti dənizdə həyat qurmaq üçün layihə hazırlayıblar. Utopiya adlı layihə fantastik filmləri xatırlatsa da, müəlliflər bunun ciddi ve real olduğunu dönə-dənə bildiriblər.

Layihənin ilkin dəyəri hələki bəlli deyil. Layihənin müəlliflərindən biri olan "Yacht Design" şirkətinin müdiri Ceyms Roy "Ütopya səyahət ediləcək bir obyekt deyil, yaşanacaq yer" deyə bildirib. Dizaynerlər "üzən şəhər" də yaşamın mümkünlüyünə inanırlar.
Utopiya layihəsində aşağıdakılar var.

- Uzunluq 100 metr
- 11 yerləşmə göyərtəsi
- Dəniz səviyyəsindən 65 metr yüksəklikdə 360 dərəcə görüş bucaqlı müşahidə göyərtəsi
- Dörd helikopter meydançası
- Bir neçə üzmə hovuzu, bar, restoran, alver mərkəzi
- Burada yaşamın xərcləri hələ müəyyən edilməyib

27 Sentyabr, 2011  17:14 Baxılıb: 1275

Bu bölmədə