Simsar.az | bizi özünüzə Simsar bilin
METROLARDA SƏRNİŞİNDAŞIMA 12% AZALIB

Bu ilin avqust ayı ərzində Bakı Metropolitenindən 12,1 mln. sərnişin yararlanıb ki, əvvəlki aya nisbətən metrodan istifadə edən sərnişinlərin sayı 11,6% azalıb

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, cari ilin yanvar-avqust aylarında metrodan 117,2 mln. nəfər yararlanıb, bu isə ötən ilin analoji dövrünə nisbətən 0,7% azdır.

Xatırladaq ki, 1967-ci ildə istifadəyə verilmiş Bakı Metropoliteninin hazırda 23 stansiyası və 1 deposu var.

27 Sentyabr, 2011  15:21 Baxılıb: 1139

Bu bölmədə