Simsar.az | bizi özünüzə Simsar bilin
İRAN, RUSİYA VƏ ÇİN NATO-YA QARŞI BİRLƏŞİR

İran, Rusiya və Çin NATO-ya qarşı birləşir. Bu üç ölkə birgə raket sistemi yaratmaq məqsədi ilə ciddi addımlar atmağa başlayıblar.

İranın "Kayhan" qəzetinin qeyri-rəsmi qaynaqlara istinadən verdiyi xəbərə görə, İran, Rusiya və Çin arasında birgə raket sistemlərinin yaradılması üçün ciddi danışıqlar aparılır.
Türkiyənin NATO-nun radar sistemlərinin ölkəsində quraşdırmasına razılıq verməsi, ABŞ-ın yeni sistemləri Cənubi Koreya və Tayvanda yerləşdirmək istəməsini Rusiya və Çin özləri üçün də böyük təhlükə bilirlər. Çinli və rusiyalı ekspertlər ABŞ və NATO-nun əsas hədəfinin onlar olduğunu, İran və Şimali Koreyadan gələn təhdidlərin sadəcə olaraq bir bəhanə olduğunu bildirirlər.

27 Sentyabr, 2011  02:42 Baxılıb: 1024

Bu bölmədə