Simsar.az | bizi özünüzə Simsar bilin
SABAH İSMAYILLIDA QAZ OLMAYACAQ

Təmir işləri ilə əlaqədar rayonun qaz təchizatında məhdudiyyətlər olacaq

İsmayıllı rayonunun qaz təchizatında məhdudiyyətlər olacaq. Dövlət Neft Şirkətinin mətbuat xidmətindən verilən məlumata görə, aparılan təmir-bərpa işləri ilə əlaqədar olaraq, sabah saat 11:00-dan 18:00-dək İsmayıllı rayonunun bütün qaz paylayıcı stansiyalarında qaz təchizatı dayandırılacaq.

Təmir işləri aparılan müddətdə İsmayıllı şəhəri də daxil olmaqla rayonun kənd və qəsəbələrinə təbii qazın verilişində fasilələr yaranacaq.

27 Sentyabr, 2011  02:38 Baxılıb: 1556

Bu bölmədə