Simsar.az | bizi özünüzə Simsar bilin
MEDVEDEV, PUTİN VƏ YANUKOVİÇLƏ GÖRÜŞÜB

Dmitri Medvedev, iqtidar partiyası Birləşmiş Rusiyanın həftənin sonu keçirilən konqresdən sonra ilk görüşünü Ukrayna prezidenti Viktor Yanukoviçlə keçirib

İkitərəfli görüşdən əvvəl Tver bölgəsi Zavidovo dövlət rezidensiyasının parkında Putinlə birlikdə gəziblər.

Qazpromun Ukrayna təbii qaz şəbəkəsinə sahib olmasına və Rusiya-Qazaxıstan-Belarus arasında yaradılan "Gömrük Birliyinə" daxil olmağa razılaşmayan Kiyev, hədəfinin Avropa Birliyinə tam üzvlük olduğunu açıqlayıb. Üçtərəfli görüşdə enerji sahəsindəki son danışıqları müzakirə edən liderlər, Ukraynanın Donetsk şəhərində keçirilməsi planlaşdrılan regional iqtisadi forumla əlaqədar da müzakirələr aparıblar.

26 Sentyabr, 2011  22:11 Baxılıb: 1006

Bu bölmədə