Simsar.az | bizi özünüzə Simsar bilin
“Tayfun” gəmisi 4-cü dəfə ruslar tərəfindən həbs olundu

Balıqçı gəmisinin kimə məxsus olduğu bilinmir

APA-nın “RİA Dağıstan”a istinadən yaydığı məlumata görə, baxış zamanı gəminin Azərbaycana məxsus olduğu müəyyənləşib. Gəmidə 1500 kiloqram nərə balığı və qadağan olunmuş qarmaqlar aşkarlanıb. Gəmi həbs edilərək Mahaçqala limanına aparılıb. Müvafiq sənədləşmədən sonra gəmi Azərbaycan tərəfə qaytarılacaq.

Rusiya tərəfi son iki ildə “Tayfun” gəmisini dörd dəfə həbs edib. 2010-2011-ci illərdə dörd dəfə saxlanan gəmiyə baxış zamanı külli miqdarda qanunsuz ovlanmış nərə balığı və qadağan olunmuş ov alətləri aşkar edilərək müsadirə olunub.

26 Sentyabr, 2011  21:38 Baxılıb: 927

Bu bölmədə