Simsar.az | bizi özünüzə Simsar bilin
NAZİRLƏR KABİNETİ TOPLANIB

Terrorla mübarizə gündəliyin əsas məsələsidir

Türkiyə Nazirlər Kabineti baş nazir Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə toplanıb.

Saat 13:30-da başlayan toplantının gündəliyindəki ən önəmli məsələ son dönəmdə artan terror aktlarıdır.

Nazirlər Kabineti terrorla mübarizə haqda müzakirələr aparılacaq.

Baş nazir Rəcəb Tayyib Ərdoğan BMT sessiyası üçün getdiyi Amerikadan dönərkən terrorla mübarizənin yeni strategiyasını da açıqlayıb. Ərdoğan "siyasətlə müzakirə, PKK ilə mübarizə davam edəcək" deyib.

Nazirlər Kabineti də müzakirələri bu strategiya əsasında davam etdirəcək.

Toplantının gündəliyindəki digər məsələ isə Suriyada yaşanan hadisələr və ərəb baharı olacaq.

Yeni konstitusiya çalışmaları, Güney Kıbrısla sondaj böhranı da Nazirlər Kabinetinin toplantısında müzakirə mövzusu olacaq.

26 Sentyabr, 2011  21:14 Baxılıb: 866

Bu bölmədə