Simsar.az | bizi özünüzə Simsar bilin
Azərbaycan türk dövlətlərinə dəstək verir

Elmar Məmmədyarov bu fikri çıxışında səsləndirib

Bu fikirləri Nyu-Yorkda səfərdə olan Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bildirib.

APA-nın Vaşinqton müxbirinin verdiyi məlumata görə, Elmar Məmmədyarov Nyu-York Türk Evində türkdilli ölkələrin diplomatlarının, Türkiyə, Qazaxıstan və Qırğızıstan xarici işlər nazirlərinin iştirakı ilə keçirilən konfransda çıxış edib.

Elmar Məmmədyarov Azərbaycanın türkdilli ölkələrin siyasi və iqtisadi inkişafında maraqlı olduğunu və bunu dəstəklədiyini bildirib.

Elmar Məmmədyarov Nyu-Yorkda Şimali Kiprin prezidenti Dərviş Eroğlu ilə də görüşüb. Bu barədə APA-ya azərbaycanlı diplomatlar bildiriblər.

Nazir həmçinin Nyu-Yorkda Azərbaycanın müstəqilliyinin 20-ci ildönümü ilə bağlı keçirilən tədbirdə regionun və türkdilli ölkələrin liderləri ilə görüş keçirib.

26 Sentyabr, 2011  16:22 Baxılıb: 912

Bu bölmədə