Simsar.az | bizi özünüzə Simsar bilin
Saleh Yəmən prezidentliyindən getməyə hazırdı

O, xalqa müraciət edib

Yəmən prezidenti Əli Abdulla Saleh sentyabrın 25-də televiziya ilə xalqa müraciət edib. “Media forum” saytının məlumatına görə, dövlət başçısı hakimiyyəti təhvil verməyə hazır olduğunu deyib. Əli Abdulla Saleh vitse-prezident Abdurab Mənsur Hadiyə müxalifətlə danışıq aparmaq səlahiyyəti verdiyini xatırladaraq tezliklə ölkədə prezident, parlament və yerli seçkilərin keçiriləcəyinə inandığını vurğulayıb.


1978-ci ildən prezident kürsüsünü tutan Əli Abdulla Saleh ölkəsinə sentyabrın 23-də dönüb. O, iyun ayının 4-dən Səudiyyə Ərəbistanında müalicə olunurdu. Əli Abdulla Salehin vətənə qayıtması ölkədə ehtirasları coşdurub. Yanvar ayından Yəməndə xalq hərəkatı gedir. Əsas tələb
Əli Abdulla Salehin istefasıdır. Özünün və ailəsinin toxunulmazlığı müqabilində hakimiyyətdən getməyə hazır olduğunu dəfələrlə bəyan etsə də, Əli Abdulla Saleh hər dəfə vədinə xilaf çıxıb. İlin əvvəlindən bəri ölkədəki toqquşmlarda 1500-dən çox adam həlak olub.

26 Sentyabr, 2011  15:40 Baxılıb: 926

Bu bölmədə