Simsar.az | bizi özünüzə Simsar bilin
MEDVEDEVDƏN PUTİNƏ PREZİDENTLİK TƏKLİFİ

Medvedev Putinə prezidentliyə namizədliyini irəli sürməyi təklif edib

Rusiya Prezidenti Dmitri Medvedev hazırkı Baş nazir Vladimir Putinə prezidentliyə namizədliyini irəli sürməyi təklif edib və bəyan edib ki, özü hökumətdə işləməyə gedəcək.Bu barədə RİA Novosti xəbər verir.

"Partiyanın siyahısına rəhbərlik etmək, partiya işi ilə, seçkilərdə uğurlu çıxış zamanı hökumətdəki praktiki işlə məşğul olmaq hazırlığımı nəzərə alaraq hesab edirəm ki, qurultayın partiya sədri Vladimir Putinin ölkə prezidentliyinə namizədliyini dəstəkləməsi doğru olardı", - Medvedev "Vahid Rusiya"nın qurultayında çıxış edərkən deyib.

25 Sentyabr, 2011  04:37 Baxılıb: 915

Bu bölmədə