Simsar.az | bizi özünüzə Simsar bilin
NASA-YA MƏXSUS PEYK YERƏ DÜŞDÜ

UARS peykinin Kanada ərazisinə düşdüyü ehtimal edilir

NASA mütəxəssisləri artıq UARS tədqiqat peykinin Yerə düşməsini təsdiq edən məlumat alıblar. Peykin düşdüyü dəqiq yer isə hələ də məlum deyil. Ötən gün NASA kosmik agentliyinin açıqlamasına görə, peyk Qrinviç vaxtı ilə saat 7-də Kanada, Afrika, Avstraliya, eləcə də Sakit, Atlantik və Hind okeanlarının üzərindən keçə bilərdi.

NASA peykin quruya, daha dəqiq isə Kanada ərazisinə düşdüyünü ehtimal edir. Agentlik "Twitter" sosial şəbəkəsində "Peykin parçalanmış hissələri ABŞ-a məxsusdur, əgər tapsanız, bizə qaytarın" - kimi ismarıc qoyub. Bu arada, Kanadanın Okotoks və Letbric şəhərlərində sakinlərin ötən gecə UARS peykinin hissələrinin düşməsini müşahidə etdiyi barədə məlumat yayılıb.

Amerika mütəxəssisləri peykin hissələrinin hər hansı yaşayış məntəqəsinə düşəcəyi ehtimalının az olduğunu hesab edirlər. Ehtimal edilir ki, peyk yerin atmosfer qatına daxil olduqda 100-ə yaxın hissəyə parçalanıb, bu hissələrin böyük hissəsi yanıb, təxminən 26 hissəcik yerə düşüb. 6,5 ton ağırlığı olan peyk atmosferin tədqiqi üçün nəzərdə tutulub və 1991-ci ildə "Discovery" kosmik gəmisindən buraxılmışdı.

24 Sentyabr, 2011  18:07 Baxılıb: 885

Bu bölmədə