ELMAR MƏMMƏDYAROV HƏMSƏDRLƏRLƏ GÖRÜŞÜB
Nazir: "İrəliləyiş yalnız o halda ola bilər ki, Ermənistan tərəfi 2009-cu ilin dekabrında təqdim edilən rəsmi sənədi qəbul etsin" Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Nyu Yorkda Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə ATƏT-in Minsk qrupunun vasitəçiləri Robert Bradke (ABŞ), İqor Popov (Rusiya) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi A.Kasprşiklə görüşüb. Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, görüş zamanı Ermənistan – Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində aparılan danışıqlar prosesi müzakirə edilmiş və bu prosesin davam etdirilməsinin zəruriliyi vurğulanıb.
24 Sentyabr, 2011 15:35 ⁄ Baxılıb: 817
Bu bölmədə26 Aprel, 2024 İlham Əliyev Berlindədir17 Aprel, 2024 İlham Əliyev qəbul keçirdi |