Simsar.az | bizi özünüzə Simsar bilin
B.BÖRNS AZƏRBAYCAN VƏ ERMƏNİSTAN XİN RƏHBƏRİ İLƏ GÖRÜŞƏCƏK

Görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesinin əsas müzakirə mövzusu olacağı gözlənilir

ABŞ dövlət katibinin köməkçisi Bill Börns bu gün Nyu-Yorkda Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə görüşəcək. Bill Börns ilk əvvəl Ermənistan xarici işlər naziri Edvard Nalbandyan, daha sonra Azərbaycan xarici siyasət idarəsinin rəhbəri Elmar Məmmədyarovla ayrı-ayrılıqda görüşəcək. Görüş media nümayəndələri üçün qapalı keçiriləcək. Görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesinin əsas müzakirə mövzusu olacağı gözlənilir.

Qeyd edək ki, Elmar Məmmədyarov BMT Baş Assambleyasının 66-cı sessiyasında iştirak etmək üçün Nyu-Yorka gedib. XİN başçısı sessiya çərçivəsində bir sıra ikitərəfli görüşlər keçirib.

24 Sentyabr, 2011  02:19 Baxılıb: 1301

Bu bölmədə