Simsar.az | bizi özünüzə Simsar bilin
Roma Papası "birləşək" dedi

XVI  Benedikt  Almaniyada milyonlarla üzvü olan müsəlman icmasının liderləriylə görüşüb. 

Simsar.az-ın “Azadlıq” radiosuna istinadən verdiyi məlumata görə, Roma Papası daha möhkəm və təhlükəsiz cəmiyyətin qurulması məqsədi ilə bütün dünyada müsəlman və xristianlar arasında dialoqun və əməkdaşlığın əhəmiyyətini vurğulayıb. 
XVI Benedikt dünən Berlində Bundestaqın deputatlarının qarşısında çıxış edib, kanslerlə və Almaniya prezidentiylə danışıqlar aparmışdı.
Xatırladaq ki, Roma Papasının Almaniyaya səfərinə minlərlə insan etiraz etmişdi.

23 Sentyabr, 2011  20:29 Baxılıb: 1116

Bu bölmədə