Simsar.az | bizi özünüzə Simsar bilin
Prezident Xaçmazda

İlham Əliyev quruculuq işləri ilə tanış olub

Simsar.az-ın AzərTAc-a istinadən məlumatına görə, dövlət başçısı Heydər Əliyevin Xaçmaz şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edib, önünə gül dəstəsi qoyub. 

Prezident İlham Əliyevə abidənin ətrafında yaradılan şərait barədə məlumat verilib. Qeyd edilib ki, şəhərin mərkəzi olan bu ərazidə geniş abadlıq işləri aparılıb və park salınıb. Burada sakinlərin və qonaqların istirahəti üçün hər cür şərait yaradılıb.

23 Sentyabr, 2011  19:23 Baxılıb: 915

Bu bölmədə