Simsar.az | bizi özünüzə Simsar bilin
Nazirlər Kabineti dəyişiklik etdi

Qanuna əlavə sözlər yazılıb

Nazirlər Kabinetinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, dəyişiklik “Təhsil haqqında” qanununun tətbiq edilməsi barədə” ölkə prezidentinin 2009-cu il 5 sentyabr tarixli 156 nömrəli Fərmanının 1.14-cü bəndinə əsasən edilib.

Dəyişikliyə əsasən, NK-nın 2010-cu il 18 mart tarixli 50 nömrəli qərarı ilə təsdiq edilmiş “Rezidentura təhsilinin məzmunu və təşkili qaydaları”nın 2.8-ci bəndindəki “Rezidenturada təhsil dövrü həkimin ümumi və ixtisas üzrə əmək stajına daxil edilir” sözlərindən sonra “və ona dövlət büdcəsinin vəsaiti hesabına ümumi həkim stajına və ixtisas dərəcəsinə uyğun olaraq əməkhaqqı ödənilir” sözləri əlavə edilib.

23 Sentyabr, 2011  18:29 Baxılıb: 1009

Bu bölmədə