Simsar.az | bizi özünüzə Simsar bilin
İran prezidentinə arxa çevirdilər

Avropalı və amerikalılar Əhmədinejadı pərt etdi

Simsar.az-ın “Associated Press” agentliyinə istinadən verdiyi məlumata görə, amerikalı diplomat çıxışı ancaq yarıya qədər dinləyib. Onun ardınca isə AB-nin 27 ölkəsinin nümayəndəsi zalı tərk edib.

Əhmədinejad öz çıxışında dünya maliyyə böhranının və beynəlxalq hərbi münaqişələrin bütün məsuliyyətini ABŞ və onun müttəfiqlərinin üzərinə qoyub. Amma o, hansı ölkələri nəzərdə tutduğunu deməyib. İran prezidenti dünyanın böyük ölkələrini işğal etdikləri ölkələrə təzminat ödəməyə də çağırıb: “Onlar rəsmən irqi ayrı-seçkiliyi dəstəkləyirlər. Onlar resurslardan istifadə etmək və əhalini asılı vəziyyətə salmaq üçün hərbi müdaxilə yolu ilə ölkələri zəiflədirlər, onların infrastrukturunu dağıdırlar”.

Bununla yanaşı o, BMT-nin yaradılmasının bəşəriyyətin ən böyük nailiyyətlərindən biri adlandırıb və ümid etdiyini bildirib ki, təşkilat təkcə böyük dövlətlərin marağına xidmət etməyəcək.

23 Sentyabr, 2011  17:33 Baxılıb: 793

Bu bölmədə