Simsar.az | bizi özünüzə Simsar bilin
Ermənistan Azərbaycanı imtinaya çağırır

Erməni nazir şərtlə danışır

Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan Nyu-Yorkda Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə ATƏT-in Minsk qrupunun həmsədləri ilə görüş keçirib. Simsar.az-ın erməni mətbuatına istinadən xəbər verir ki, görüş zamanı tərəflər Dağlıq Qarabağ münaqişəsinin həlli yollarını müzakirə ediblər. 

Erməni naziri vasitəçilərlə görüş zamanı yenidən öz iddiaları ilə çıxış edib. Ermənistan xarici siyasət idarəsinin rəhbəri deyib ki, münaqişənin həllində irəliləyiş yalnız Kazanda Azərbaycan, Rusiya və Ermənistan prezidentilərinin görüşü zamanı Bakı Qarabağ münaqişəsinin həlli ilə bağlı irəli sürdüyü 10 düzəlişdən imtina edəcəyi halda ola bilər.

Həmsədrlər və E. Nalbandyan daha sonra təmas xəttində baş verən insidentlərin araşdırma mexanizminin reallaşdırılması, eləcə də 2010-cu ilin oktyabr ayında Həştərxanda keçirilən görüş zamanı əldə edilən razılıq haqda danışıqlar aparılıb.

23 Sentyabr, 2011  16:58 Baxılıb: 985

Bu bölmədə