Simsar.az | bizi özünüzə Simsar bilin
Oqtay Əsədov Abdulla Güllə görüşdü

Görüşdə xalq diplomatiyasının əhəmiyyətindən danışılıb

Sentyabrın 22-də İstanbulda “Tarabya Köşkü”ndə Türkiyə prezidenti Abdullah Gül bu ölkədə rəsmi səfərdə olan Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov və onun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Azərbaycanın Türkiyədəki səfirliyindən Lent.az-a bildirilib ki, xoş və səmimi şəraitdə keçən görüş zamanı Azərbaycan Türkiyə əlaqələrinin daha da inkişaf etdirilməsi, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ problemi ilə əlaqədar Azərbaycanın haqlı mövqeyi və Türkiyənin Azərbaycana olan dəstəyi, Türkiyə və Azərbaycan arasında hər sahədə əlaqələrin inkişafının zəruriliyi, iki ölkənin parlamentləri arasında əlaqələrin daha da inkişaf etdirilməsinin önəmi, hər iki ölkənin millət vəkillərinin ikitərəfli əlaqələrdə rolunun daha da artırılması və ikitərəfli əlaqələrdə xalq diplomatiyasının əhəmiyyəti xüsuslarında müzakirələr aparılıb.

23 Sentyabr, 2011  15:34 Baxılıb: 884

Bu bölmədə