Simsar.az | bizi özünüzə Simsar bilin
Ərdoğan Obamadan nələr tələb etdi

Ərdoğan terrorla mübarizəyə dair tələb siyahısını Obamaya təqdim edib

Baş nazir Rəcəb Tayyib Ərdoğan ABŞ prezidenti Barak Obama ilə görüşdən sonra keçirdiyi mətbuat konfransında Ankaranın terrorla mübarizəyə dair tələblər siyahısının Vaşinqtona çatdırıldığını açıqladı.

Ərdoğanın haqqında danışdığı siyahıda nələrin olduğu müəyyənləşdi.

Türkiyənin ABŞ-dan dörd tələbi var.

Birinci tələb ABŞ-ın pilotsuz təyyarələri "Predator"larla bağlı maneələrin qaldırılması olub. Ərdoğan mətbuat konfransında da bu məsələyə toxunaraq, Obamanın mövqeyinin müsbət olduğunu bildirib. Baş nazir "Predator"ların ya satın alınacağını, ya da icarəyə götürüləcəyini deyib: "Daha öncə də lazımi mətnləri vermişdik. Yanaşma müsbətdir".

Ərdoğan Türkiyənin digər istəyi - anında kəşfiyyat mübadiləsi sahəsində da problem olmadığını deyib.

Ankaranın siyahısındakı digər tələb komanda mərkəzi Ərbildə yerləşən Türkiyə-ABŞ və İraq arasındakı üçtərəfli mexanizmin davam etdirilməsi və Türkiyə-ABŞ əlaqələrindəki model ortaqlıq anlayışının bir daha təsdiqlənməsi olub.

Türkiyənin ən diqqət çəkən tələbi isə ABŞ-ın İraqdan çəkilərkən silahlarını orada qoymamasıdır. Ankara bu silahların terrorçuların əlinə keçəcəyindən narahatdır.

Ərdoğan Obamanın bütün bu məsələlərlə bağlı Türkiyəyə dəstək verməyə hazır olduqlarını söylədiyini deyib. Obama isə "Türkiyə və ABŞ çox güclü ortaqdır və terrorla mübarizə sahəsində əməkdaşlıq davam edəcək" sözləri ilə onu dəstəkləyib.

22 Sentyabr, 2011  20:40 Baxılıb: 1172

Bu bölmədə